Dünya
03.11.2015 / 05:24

Sankt-Peterburqa 96 cəsəd gətirilib

Sankt-Peterburqa 96 cəsəd gətirilib İnform.az "RİA Novosti" agentliyinə istinadən bildirir ki, Misirdə Rusiyaya məxsus “Airbus-321” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərdən 96 nəfərin cəsədi Sankt Peterburq morquna gətirilib. Onlardan beşi yaxınları tərəfindən tanınıb.

Cəsədlərin tanınması proseduru noyabrın 3-nə keçirilib.

Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb.

Baxış sayı: 339