İdman
16.06.2015 / 06:58

Voleybolçularımızdan inamlı qələbə

Voleybolçularımızdan inamlı qələbə

Bakı-2015 ilk Avropa Oyunlarında qadın voleybolçuların yarışında qrup mərhələsinin II turunun oyunları keçirilib.

İnform.az-ın məlumatına görə, A qrupunda mübarizə aparan millimiz bu gün Polşa komandası ilə qarşılaşıb.

Rəqibindən xeyli güclü olan Azərbaycan yığması hər 3 seti qələbə ilə başa vurub - 28:26, 25:16, 25:23.

Xatırladaq ki, komandamız ilk görüşdə Rumıniyanı 3:1 hesabı ilə məğlub etmişdi.

Hazırda qrupunda lider olan millimiz növbəti görüşünü iyunun 17-də İtaliya yığmasına qarşı keçirəcək.

Baxış sayı: 559