Mədəniyyət
02.11.2015 / 19:32

Departament direktoru Xalça Muzeyində olub

Departament direktoru Xalça Muzeyində olub Luvr Muzeyinin İslam Departamentinin direktoru Yannik Linzi Azərbaycan Xalça Muzeyində olub. Inform.az bildirir ki, muzeydən "APA"-ya verilən məlumata görə, Yannik Linzinin muzeyə gəlişinin məqsədi Luvr muzeyində Azərbaycan xalçalarının sərgisini keçirməkdir.

Sərgidə Luvr muzeyinin və Azərbaycan Xalça Muzeyinin kolleksiyasından olan Azərbaycan xalçaları sərgilənəcək.

Dünyanın bir çox muzey və şəxsi kolleksiyalarında Bakı, Təbriz, Gəncə, Qazax, Quba, Şirvan və Qarabağ ustalarının hazırladığı nadir sənət nümunələri saxlanılır.

Bu nadir sənət əsərlərinin çoxunu əcnəbi səyyah, tacir, diplomat və alimlər alıb aparıblar. Muzeydən bildiriblər ki qiymətli Luvr muzeyində 50 –yə yaxın Azərbaycan xalçası saxlanılır.

Görüşün sonunda Yannik Linziyə muzeyin direktoru Röya Tağıyevanın fransız dilində nəşr olunmuş “Azərbaycan xalçaları sivilizasiyanın kəsişməsində” kitabı hədiyyə olunub.

Baxış sayı: 320