Gündəm, Sosial
02.11.2015 / 12:53

Lerikə 17 sm hündürlüyündə qar yağıb

Lerikə 17 sm hündürlüyündə qar yağıb
Oktyabr ayı boyunca davam edən qeyri-sabit hava şəraiti proqnozlaşdırıldığı kimi dağlıq ərazilərdə qar yağması ilə nəticələndi. Noyabrın 1-i səhər saatlarından başlayaraq Lerikdə yağmağa başlayan qar və gecə saatlarına qədər davam edib. Rayon ərazisi başdan başa ağ örpəyə bürünüb. Lakin daha çox qar rayonun dağlıq ərazilərində Ruvarud və Kəlvəzdə qeydə alınıb. Burada qarın hündürlüyü 17 santimetrə çatıb. Gecə saatlarında həmin ərazilərdə 2-3 dərəcə şaxta qeydə alınıb. Lakin hazırda temperatur müsbətə doğru dəyişdiyindən qar sürətlə əriməyə başlayıb.
Lənkəran və Astarada isə noyabrın birində aylıq normanın 74%-i qədər yağıntı düşüb. Çaylarda bir neçə gün əvvəl qeydə alınan güclü daşqınlar müşahidə olunmasa da, suyun səviyyəsi xeyli artıb. Ən çox artım Lənkərançay və Viləşçayda qeydə alınıb. Lakin Lənkəran Regional Hidrometerologiya müəssəsindən verilən məlumata görə, sabahdan yağıntılı, qeyri-sabit hava şəraiti başa çatacaq. Bir neçə gün yağmursuz hava olacaq.

Pərvanə NƏHMƏTQIZI / İnform.az


Lerikə 17 sm hündürlüyündə qar yağıbLerikə 17 sm hündürlüyündə qar yağıb

Lerikə 17 sm hündürlüyündə qar yağıbLerikə 17 sm hündürlüyündə qar yağıb

Baxış sayı: 382