Dünya
02.11.2015 / 12:29

"Ərdoğanın partiyasını seçən Türklər, Türkiyəyə gedin"

"Ərdoğanın partiyasını seçən Türklər, Türkiyəyə gedin"Türkiyədə keçirilən parlament seçkiləri üçün AK-yə Hollandiyada yaşayan Türklərin də verdiyi səslər açıqlanıb. İnform.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu açqılama böyük qalamaqala səsəb olub.

Belə ki, AK Partiyanın Hollandiyada yüzdə 69 səs topladığı açıqlandıqdan sonra, Hollandiyada həddindən artıq sağçı Azadlıq Partiyasının lideri Geert Vilders sosial media hesabından böyük müzakirələrə səbəb olacaq bir şərh verib.

O, Twitter hesabında belə yazıb.

"Hollandiyada diktator Ərdoğanın partiyasını seçən Türklər, Türkiyəyə gedin və "İslamofaşizm"in dadını çıxarın."

Baxış sayı: 286