Gündəm, Siyasət
07.07.2015 / 06:15

Heydər Əliyev Fondundan təkzib

Heydər Əliyev Fondundan təkzib

Heydər Əliyev Fondunun ictimaiyyətlə əlaqələr departamenti iyulun 6-da kütləvi informasiya vasitələrində Fondun vitse-prezidenti Leyla Əliyevanın millət vəkilliyinə namizədliyini irəli sürəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib:
“Leyla Əliyeva ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, eyni zamanda incəsənət, sosial, ekoloji sahələrdə müxtəlif layihələrin müəllifi və təşəbbüskarı kimi tanınır. Lakin hazırda Leyla Əliyevanın millət vəkilliyinə namizədliyini irəli sürməsi məsələsi həqiqətə uyğun deyil və bununla bağlı yayılan məlumatlar əsassızdır”.
İnform.az

Baxış sayı: 370