Gündəm, Sosial
02.11.2015 / 11:31

Bakıda yeni avtobus marşrutu açılıb

Bakıda yeni avtobus marşrutu açılıb“BakuBus” MMC-nin Bakı şəhərinin mərkəzi hissəsində yeni, 14 nömrəli marşrut xətti istifadəyə verilib. Artıq oktyabrın 31-dən 14 nömrəli marşrut xətti 8 ədəd "Iveco" markalı avtobusla fəaliyyətə başlayıb.

Bu gündən etibarən marşrut xəttinə 30 avtobus buraxılıb.

Qeyd edək ki, 14 nömrəli marşrut xətti ilə avtobuslar "Xətai" metrosu, Cavanşir körpüsü, "28 May" metrosu, Mərkəzi Bank, Füzuli küçəsi, "Nizami" metrosu, "köhnə avtovağzal", İzmir küçəsi, Dövlət Statistika Komitəsi, Yasamal bazarı və 20 Yanvar dairəsi istiqamətində hərəkət edir.

Xatırladaq ki, bu marşrut üzrə avtobuslar saat 06:00-dan 24:00-a kimi işləyir.

Nəqliyyat Nazirliyinin “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC Bakı şəhərinin marşrut xətlərində təkmilləşdirmə işlərinin aparılması çərçivəsində 2 saylı avtobus marşrut xəttini 21 nömrəsi ilə əvəzləyib.

2 nömrəli marşrutun xətti bu gündən etibarən 21 nömrəsi ilə fəaliyyət göstərir. Lakin 21 nömrəli marşrut da əvvəlki 2 nömrəli marşrut xəttinin yolu ilə hərəkət edir: "Xətai" metrosu-Nobel prospekti-C.Naxçıvanski adına Hərbi Lisey-Gəncə prospekti-Ukrayna dairəsi-"Əhmədli" metrosu-"Xətai" metrosu. Əvvəlki 2 saylı marşrut xətti ləğv olunub.

Qeyd edək ki, 21 nömrəli marşrut saat 06:00-dan 24:00-a kimi sərnişinlərə xidmət edir. Bu istiqamət üzrə 12 avtobus hərəkət edir.

İnform.az

Baxış sayı: 565