Gündəm, BİZ, Müsahibə
01.11.2015 / 19:30

Vətəndaşlarımız Azərbaycanı necə görmək istəyirlər?

Vətəndaşlarımız Azərbaycanı necə görmək istəyirlər?

İnform.az bu gün vətəndaşlarımızla “ Sabah oyandığınızda Azərbaycanı necə görmək istərdiniz” mövzusunda sorğu keçirib.
Həmin sorğunun cavablarını oxucularımıza təqdim edirik?
Aygün Şərifova-evdar xanım:
- Azərbaycani deyim də necə görmək istəyirəm:
Azərbaycanin zəfər calmağını istəyirəm. Xalqımıza xoş həyat arzulayiram. Azərbaycan xalqının kreditsiz yaşamasını istəyirəm. Azərbaycan gənclərini xoşbaxt görmək istəyirəm.

Araz Bayramov-həkim:
Azərbaycanı demokratik və qüdrətli bir ölkə kimi görmək istəyirəm.

Ramil Huseynov-sadə vətəndaş: (öz ifadəsidir)
Sabah oyandığımda Azərbaycani artiq oz millət vəkillərini secmis bir xalqin vətəni kimi görmək istəyirəm .

Bəhlul Abbaslı:
Torpaqları azad olunmuş, bütöv Azərbaycan görmək istərdim.

Elnur Rüstəmli-psixoloq:
İnsanların üzündə təbəssüm, qəlblərini sevgi dolu görmək istərdim. Düşünürəm, ki, evdən başlanan o təbəssüm bütün cəmiyyətə sirayət edə bilər.


Günel Habilqızı-Feyzullayeva- telejurnalist:.

Sabah oyandiğımda Azarbaycani Şimalli,-Cənublu, Qərbli,-Şərqli bütöv görmək istərdim.

Toğrul Allahverdili- (Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının ) ASGA Rusiya nümayəndəliyinin sədri:

Səhər oyandığmda torpaqlarımızın işğaldan azad edilməsini görmək istərdim. Əminəm ki bu da Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə reallaşacaq.

Rəşad ismayılov-neft mühəndisi:

Torpaglarımız işğaldan azad,qacginlarımızı öz yurdlarına dönmüş, demokratik, rusşvetsiz, tam azad və Bakımızı da tıxacsız görmək istərəm.

İlham Quliyev –psixolq:
Azərbaycanı rüşvətsiz, xalqımı da mənəiyyatlı, əxlaqlı, imanlı görmək istəyirəm.


Səadət Şıxıyeva-elmli işçi:

Azərbaycanı Avropa olkələri kimi görmək, muəllim, alim və həkimlərinin təminatlı həyatini görmək istərdim.


Ləman Ələşrəfqizi-telejurnalist:
-Günəşli!

Mehman Əfəndi:
Ən əvvəl Azərbaycanımızı bütöv, bütün əsirlikdə olan ana, bacılarımızı, eləcə də işğal da olan torpaqlarımızı azad, əməkhaqqlarımızı yüksək görmək istərdim.

Rəvan Eyyubov-beynəlxalq tədqiqatçı və təlimçi:
Səhər oyananda Azərbaycan xalqını xoşbəxt görmək istərdim.
Gulumsər, gozəl,demokrat, kredit borclarından qurtarmış, xoşbəxt ,mənali həyat yasayan, bir- birinə sevgi, qayğı, nəvaziş göstərib, dəyər verən bir xalq olaraq görmək istərdim.
İstərdimki xanimlarımız ailələri ilə xoşbəxt yaşasınlar.
Ayrılan ailələr yenidən birləşsinlər, övlad atan analar və ana qayğısından məhrum övladar olmasın . Hər ikisi firavanlıq qoynunda özünü güvəndə və daha xosbəxt hiss etsin.
Ən cox da insanlarımız paylaşmagi bacarsınlar, sevgilərini də, xoşbəxt və ya kədərli anlarını da. İnsanlarımız da onlari anlamağa çalışsınlar.

Cahangir Qurbanov- Respublikanın əməkdar artisti:
Sabah oyananda elə olduğu kimi- irəliyə gədən, inkişaf edən olkəmi görmək istəyirəm. Yəni oyananda Ali Bash Komandanımı öz yerində, öz vəzifəsində görmək istəyirəm.

Respondentlərimizdən biri:
Qarabağımızın azad olunduğunu görmək, doğma Zəngəzurumda diz çöküb torpağını öpmək istərdim.

Bəhruz İsmayılzadə-həkim:
Saxtakarliq edən məntəqələrin səslərinii cənab prezident ləğv etsin və layiqli insanın o yerə özü təyinatını versin.


İnform.az

Baxış sayı: 2536