Dünya
07.07.2015 / 04:27

Qırğıstan-Tacikistan sərhədində silahlı insident

Qırğıstan-Tacikistan sərhədində silahlı insident

Qırğistan ərazisində yerləşən Vorux anklavında Tacikistan vətəndaşının ölümü ilə nəticələnən silahlı insident baş verib.
Bu barədə “İnterfaks” agentliyi xəbər yayıb. Məlumata görə, hadisə Batken rayonunun Koço-Karın kəndi yaxınlığında baş verib.
Məlumata əsasən, bir qrup Vorux sakini Koço-Karın kəndinə daxil olaraq yerli sakinlərin evləri və maşınlarını daşqalaq edib. Hadisə yerinə gələn Qırğistan və Tacikistan sərhədçiləri arasında yaranan mübahisə atışma ilə nəticələnib. Nəticədə ağır yaralanan Vorux sakini xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırmalara başlanılıb.
İnform.az

Baxış sayı: 439