İdman
16.06.2015 / 01:02

Azərbaycan medalların sayına görə liderdir

Azərbaycan medalların sayına görə liderdir

Bu gün birinci Avropa Oyunları çərçivəsində keçirilən yarışların nəticələrinə görə Azərbaycan öz uğurlu mövqeyini qoruyur

İnform.az-ın məlumatına görə, Azərbaycan qazanılan medallara görə, siyahıda Rusiyadan sonra ikinci yerdədir.

Belə ki, Azərbaycan idmançıları qazanılan medalların ümumi sayına görə reytinq cədvəlində Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Kişi idmançılar arasında olan reytinq cədvəlində də 1-ci yerdə Rusiya, 2-ci yerdə Azərbaycandır. Qadın idmançıların reytinq cədvəlində isə komandamız Rusiya, Fransa, İsveçrədən sonra 4-cü yerdədir.

Ümumilikdə, Azərbaycan birinci Avropa Oyunlarında 7 qızıl, 2 gümüş və 7 bürünc medal əldə edib. Rusiya idmançıları isə 9 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıb. Ölkəmiz medal sayına görə siyahıya liderlik edir.

Baxış sayı: 531