Dünya
01.11.2015 / 05:41

Bolqarıstan-Türkiyə sərhədində miqrantlarla dolu avtomobil saxlanılıb

Bolqarıstan-Türkiyə sərhədində miqrantlarla dolu avtomobil saxlanılıb Bolqarıstan-Türkiyə sərhədində onlarla miqrantın olduğu yük maşını saxlanılıb.

İnform.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, həmin avtomobillə suriyalı mühacirlər Avropaya gətirilib.
Məlumata görə, mineral su daşınmasında istifadə olunan avtomobilin qoşqusunda aralarında 33 qadın və 58 uşaq olan 130 mühacir aşkarlanıb. Sürücü həbs olunub.

Qeyd edək ki, hazırda Bolqarıstan-Türkiyə sərhədində hər gün ortalama hesabla yüz mühacir saxlanılır və deportasiya edilir.

Baxış sayı: 208