Dünya
31.10.2015 / 21:12

“Tehran İŞİD qədər təhlükəlidir”

“Tehran İŞİD qədər təhlükəlidir” İran ərəb ölkələrində dövlət çevrilişi etmək istəyir.

İnform.az "Axar.az"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bəhreynin Xarici İşlər naziri Xalid ibn Əhməd Xəlif söyləyib. Onun sözlərinə görə, Tehran region üçün İŞİD qədər təhlükəlidir. Xəlif Yəməndə husilərin gələcəyi olduğunu, amma bunun üçün silahlı mübarizədən imtina etmələri gərəkdiyini bildirib.

Qeyd edək ki, Bəhreyn bu ilin martından etibarən Səudiyyə Ərəbistanının Yəmənə qarşı yaratdığı hərbi koalisiyaya qoşulub.

Baxış sayı: 281