Hadisə
31.10.2015 / 06:17

Buxaretsdəki gecə klubunda partlayış olub

Buxaretsdəki gecə klubunda partlayış olub İnform.az xarici mətbuata istinadən bildirir ki, Rumıniyanın paytaxtı Buxarestdə şəxsi gecə klublarının birində baş verən partlayış nəticəsində 25 nəfər ölüb, 90 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə zamanı klubda təxminən 400 nəfərə yaxın insan olub.

Rumıniya daxili işlər nazirliyi faktı təsdiqləyib. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Baxış sayı: 290