Mədəniyyət
30.10.2015 / 21:29

Əbülfəz Qarayev rusiyalı jurnalistlərin sullarını cavablandırıb

Əbülfəz Qarayev rusiyalı jurnalistlərin sullarını cavablandırıb Oktyabrın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya mətbuat nümayəndələri ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə iki ölkə arasında mədəni əlaqələri yüksək dəyərləndirən Ə.Qarayev Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin 200 ildən də artıq tarixi faktlara söykəndiyini vurğulayıb. Uzunmüddətli tərəfdaşlıq ikitərəfli mədəni əlaqələrə də təsirsiz ötüşməyib. Bütün bu əlaqələr xalqlarımızın dünyagörüşü və mədəniyyətində iz buraxıb.

Bu gün də əlaqələr davamlı olaraq inkişaf etdirilir. Davamlı olaraq hər il Azərbaycana Rusiyadan incəsənətin müxtəlif sahələrini təmsil edən mədəniyyət xadimləri dəvət olunur. Onların sırasına teatr xadimləri, kinorejissorlar, musiqiçilər daxildir. Mədəni mübadilə çərçivəsində ikitərəfli ustad dərsləri, konsert, sərgi və digər mədəni layihələr böyük uğurla həyata keçirilir. Bundan əlavə muzey və kitabxana sahəsində də sıx əməkdaşlıq layihələri gerçəkləşməkdədir.

Nazir qonaqlarla söhbəti zamanı, həmçinin Azərbaycan xalqının mədəni dialoqa hər zaman açıq olduğunu, bunun sübutu olaraq ölkədə keçirilən Mədəniyyətlərarası Dialoq Forumu, azsaylı xalqların folklor festivallarını misal göstərib. Yüksək tolerantlıq nümunəsi olan ölkəmizdə hər bir qonaq kilsə, məscid, sinaqoqu ziyarət edə bilər və Azərbaycana gəlişləri zamanı tam olaraq özünüifadədə rahatlıq tapa bilərlər. Azərbaycanın tarixi abidələri haqqında qonaqları məlumatlandıran nazir onları bu tarixi məkanları ziyarətə dəvət edib.

Ölkəmizin turizm potensialı barədə danışan mədəniyyət və turizm naziri bu sahədə də ikitərəfli əlaqələrin inkişaf etdirildiyini, Rusiyada keçirilən turizm sərgilərində Azərbaycanın turizm potensialının tanıdılması, həmçinin Rusiyadan Azərbaycana gələn turistlərin sayının illər ərzində heç də azalmadığını bildirib.

Qeyd edilib ki, Azərbaycana gələn turistlərin siyahısında Rusiyalı turistlər ikinci və üçüncü yerləri bölüşürlər. Bu sahədə yeni layihələrin də həyata keçiriləcəyini vurğulayan nazir Rusiya ilə Azərbaycan arasında daim dinamik əlaqələrin inkişafda olduğunu nəzərlərə çatdırıb.

Görüş zamanı nazir Rusiya mətbuat nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

İnform.az

Baxış sayı: 316