Dünya
30.10.2015 / 19:00

Çin “Airbus”dan 130 təyyarə alacaq

Çin “Airbus”dan 130 təyyarə alacaq
Çin Xalq Respublikası “Airbus” aviaşirkətinə 15,5 milyard avro məbləğində 130 təyyarə sifariş verib.
İnform.az Azertaca istinadən bildirir ki, bu barədə Almaniyanın federal Kansleri Angela Merkelin Çinə səfəri zamanı həmkarı Li Keqianq ilə keçirdiyi görüşdən sonra məlumat verilib. Təyyarələrin 100-ü “A320”, 30-u isə “A330” modeli olacaq.
ABŞ-ın “Boeing” şirkəti ilə rəqabət aparan “Airbus” Çinin Tiancin şəhərində geniş gövdəli “A330”-un reaktivləri üçün 150 milyon avroluq sərmayə ilə yeniləmə mərkəzi inşa edir.
Çin hava yolu şirkətlərinin qarşıdakı 20 ildə 860 milyard avro məbləğində 6 min 330 yeni təyyarəyə ehtiyacı olacağı təxmin edilir.

Baxış sayı: 284