Dünya
30.10.2015 / 16:46

“Putinin konkret planı yoxdur”

“Putinin konkret planı yoxdur”
Rusiya Prezidenti Vladimir Putinin strateji planı yoxdur.
İnform.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri CNN kanalına müsahibəsində ABŞ-ın Milli Kəşfiyyat Direktoru Ceyms Klepper deyib.
O, Rusiyanın hazırki xarici siyasətinin uzun müddətli olmasına şübhə etdiyini bildirib:
“Şəxsən mən Putinin hər hansı bir strateji planının olmasına şübhə edirəm. O, hər gün riskli qərarlar alır. Suriyaya hərbi müdaxilə bunu sübut etdi. Putin bu əməliyyatları başlamaqla macərapərəst olduğunu göstərdi. Putinin əməliyyatlarla bağlı konkret planının olduğuna şübhə edirəm. Düşünürəm ki, o, hər gün improvizə edir”.

Baxış sayı: 168