Dünya
30.10.2015 / 15:59

İranda sel fəlakəti: 6 ölü

İranda sel fəlakəti: 6 ölü
İranın qərb əyalətlərində yağan şiddətli yağış sel fəlakətinə səbəb olub.

İnform.az Azərtaca istinadən xəbər verir ki, “IRINN” televiziya kanalına müsahibəsində İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Nasir Çırahsaz ölkənin İlyam və Loristan əyalətlərindəki sel fəlakətində 6 nəfərin öldüyünü, bir nəfərin isə itkin düşdüyünü bildirib. O, aramsız yağışlar nəticəsində meydana gələn sel və su basqınlarının ətrafa ziyan vurduğunu, İlyam əyalətinə isə son 100 ilin ən çox miqdarda yağışının yağdığını deyib.
“İRNA”ya açıqlamasında İlyamın valisi Məhəmməd Rza Mervarid son 48 saatda əyalətə hər kvadratmetrə 230 kiloqram yağış düşdüyünü bildirib.

Baxış sayı: 316