İdman
15.06.2015 / 22:00

“Traxtur” klubu İran Futbol Federasiyasının yaydığı bəyanata sərt etiraz etdi

“Traxtur” klubu İran Futbol Federasiyasının yaydığı bəyanata sərt etiraz etdi

İran Futbol Federasiyasının Faktaraşdırıcı Komitəsi ötən həftə qalmaqallı “Traxtur-Neft” müsabiqəsi ilə bağlı bəyanatı yayıldı. Həmin bəyanatda sözdə “Traxtur”-un qələbəsinin qarşısını alan amillər və şəxslər araşdırılıb və nəticə elan olundu. “Traxtur” tərəfdarları kimi bu komandanın rəsmiləri də həmin bəyanatla razılaşmayıb və buna qarşı sərt bir bildiri ilə çıxış ediblər.
“Traxtur” klubu yaydığı bəyanatda də Federasyonun bəyanatına sərt etiraz edib və bunu bir növ haq qazandırmaq kimi qiymətləndirib:
“Son günlərdə Faktaraşdırıcı Komitə səhənd stadionunda super liqa rəqabətlərinin son müsabiqəsində baş verən hadisələrə haq qazandırmaq üçün bir bəyanat yayıb. Bu bəyanatda ədalət öz yerini tapmayıb.”
Klubun yaydığı bildiridə vurğulanıb ki, “Bu nəticənin elan olunması, əslində futbolsevər insanlar üçün bir səhvin etirafıdır. O səhvin etirafı ki, 14-cü super liqa çempionunun talehini dəyişdirdi və “Traxtur” klubunda bir çox maddi və mənəvi sərmayəni məhv etdi. O sərmayələr ki, bir millətin arzularının gərçəkləşməsinə sərf edilmişdir.”
“Traxtur” klubunun ictimaiyyətlə əlaqələr Şöbəsi bildirib ki, klubun idarə heyəti “Traxtur”un pozulmuş haqlarını tələb edir.
Qeyd edək ki, mayın 15-də Təbrizdə bu şəhərin “Traxtur” futbol komandası ilə Tehranın “Neft” takımı arasında keçirilən futbol müsabiqəsi və “Traxtur”un super liqa çempionu olmasının qarşısını almaq üçün həyata keçirilən hiyləkar plan azərbaycanlıların kəskin etirazına səbəb olub və futbol aləmində olduqca pis qarşılanıb.

inform.az

Baxış sayı: 659