Şərhlər
29.10.2015 / 16:06

Türkçülük

Türkçülük
Çinarə Nağıyeva

Türkçülük – hansı ki ən dərin mövzulardan biridir. Türk olan hər kəsdə türkçülük mövzusuna marağın ola biləcəyini şübhə etmirik. Ziya Göyalpın təbirincə desək, türkçülük Türk millətini yüksəltmək deməkdir. Ümumi olaraq mədəni türkçülüyün elmi-nəzəriyyə kimi geniş nüfuz qazanması II Əbdülhəmid dövründə gerçəkləşib. Bu dönəmlərdə Macar Türkoloqların artan çalışmaları, Orxon yazılarının Vilhelm Thormes tərəfindən 1893-cü ildə oxunması kimi uğurlar Türklük araşdırmalarını da sürətləndirmiş oldu. Mədəni Türkçülük tarixindəki ən önəmli dövrlərdən biri də Süleyman Hüsnü Paşanın “Tarih-i Alem” adlı kitabının 1876-cı ildə yayımlanmasıdır. Siyasi Türkçülük ideologiyasını yaymaq üçün Qahirədə (Misirdə) nəşr edilən ilk qazetlərdən biri və ən əsası Türk adını daşıyırdı. Şərəfəddin Mağmumi, Necməddin Arif, Ali Kamal və Esad bəylər tərəfindən 5 noyabr 1903-cü il tarixində yayımlanmağa başlayan dərginin ilk siyahısındakı “Türk” məqaləsi məcmuatında türklərin hüquqi, siyasi, mədəni rollarından, türklərin macarlarla əlaqələrindən və digər qövmlərə önəm vermələrindən bəhs edilirdi. İndi isə yenidən qayıdaq Ziya Göyalpa. Məlumdur ki, türkçülük deyiləndə ilk ağıla gələn şəxslərdən, həm də ən öncül şəxslərdən biri məhz Ziya Göyalpdır. Həm türkçülüyə olan hədsiz bağlılığından, həm də türkçülüyün əsaslarını sistemləşdirib kitab halına salmasından. Heç şübhə yoxdur ki, bu mövzuda tam içdən yazılmış kitablar çoxdur. Ancaq düşünürəm ki, Ziya Göyalp bu mövzunu ən içdən yazanlardandır. Ziya Göyalp türkçülük məfkurəsini böyüklüyü baxımından 3 dərəcəyə ayırır: - 1...Türkiyəçilik, 2...Oğuzçuluq və ya Türkmənçilik, 3...Turançılıq. Turan – Yer üzündə bütün türklərin birləşməsidir – Böyük Türküstandır. Bu minvalla türkün yaddaşına nəql edilmiş ən əsas nümunə bu cürdür:
Vatan ne Türkiyedir Türklere, ne Türkistan
Vatan büyük ve müebbet bir ülkedir, Turan!
Turan, bütün türklərin keçmişdə və istiqbalda bir olan böyük vətənidir. Turançılıq ideayası Türk soyunun əsas ideyasıdır.
1908-ci ildə bir qismi II Əbdülhəmid dönəmində, digər bir qismi isə Gənc Türklər (Jön Turk) olaraq Türkçülüyün inkişafında öncül rollar oynamış Əhməd Midhat Əfəndi, Necib Asım, Yusuf Akçura, Əhməd Fərid bəylərin öndərliyində qurulan Türk Dərnəyi, Türkçülüyün intellektual təsiri aşılaması baxımından da təsirli bir ideologiya olacağına işarət idi. 1911-1912-ci illərdə qurulan Türk Yurdu Cəmiyyəti və Türk Ocağı Türkçülüyün elmi aspektdə güclənməsi üçün təkan rolunu oynamış olub.
Türkçülük siyasi bir partiya deyildir, elmi, fəlsəfi, estetik bir məktəbdir. Türkçülük keçmiş tarix deyildir, gələcəyə yönəlik tarixi təzahürdür. Türkçülük hər kəsə eyni şüarla yürüməyi təklif edən fəlsəfi aspektdir. Türkçülük qətilikdir. Eyni zamanda, qədim törədən qaynaqlanan və öz məğzini eynilə saxlaya bilən ideologiyadır. Kültürlə bağlı bir çalışma və yeniləşmə yoludur. Hər zaman bu mövqedə qalması diləyilə..

Baxış sayı: 981