Hərbi
15.06.2015 / 22:09

Hərbi birlikdə bayram mərasimi keçirilib

Hərbi birlikdə bayram mərasimi keçirilib

İnform.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq 15 iyun Milli Qurtuluş Günü ilə bağlı hərbi hissələrdə silsilə tədbirlər həyata keçirilir. İyunun 15-də keçirilən təntənəli mərasimdən öncə tədbir iştirakçıları Beyləqan şəhərində ucaldılmış ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.

Sonra hərbi hissədə Milli Qurtuluş gününə və Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümünə həsr edilmiş idman yarışlarının açılışı münasibətilə mitinq keçirilib. Zabit Nemət Babayev idman yarışlarının açılışı münasibətilə şəxsi heyəti təbrik edib. Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Zabit Namiq Cavadov Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun bayram təbriklərini şəxsi heyətə çatdırıb.
Sonra çıxış edən zabit Elçin Kərimov Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin vətəndaş müharibəsindən qurtulduğunu, vətənimizin parçalanma təhlükəsindən xilas olduğunu və özünün yeni, əbədi müstəqillik və inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib. Zabit onu da vurğulayıb ki, ümummilli lider Heydər Əliyev və onun yolunu uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycanda idmanın inkişafına, gənclərin sağlam ruhda böyüməsinə daim böyük önəm verir. Məhz bu gün Milli Qurtuluş günündə birliyin hərbi hissələri arasında Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümünə həsr olunmuş idman yarışlarına start verilir.

300 nəfərdən artıq idmançının qatıldığı yarışlar dörd növ üzrə-futbol, voleybol, 3 min metr məsafəyə qaçış, estafet qaçışları üzrə keçiriləcək və Silahlı Qüvvələr günü idman bayramına yekun vurulacaq.
Sonda yarış iştirakçıları təntənəli marşla tribunanın qarşısından keçiblər.


Hərbi birlikdə bayram mərasimi keçirilib

Hərbi birlikdə bayram mərasimi keçirilib

Hərbi birlikdə bayram mərasimi keçirilib

Hərbi birlikdə bayram mərasimi keçirilib

Baxış sayı: 528