Dünya
28.10.2015 / 23:39

Fətullah Gülən qırmızı xətlə axtarılan terrorçuların siyahısına salındı

Fətullah Gülən qırmızı xətlə axtarılan terrorçuların siyahısına salındı İnform.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ölkənin Daxili İşlər Nazirliyi öz internet saytında hökumətin axtarışa verdiyi terrorçuların siyahasını yerləşdirib.

Axtarışa verilən terrorçuların adları vacibliyinə görə qırmızı, mavi, yaşıl, narıncı və boz olmaqla beş kateqoriayaya ayrılıb.

Belə ki, Fətullah Gülən, Cəmil Bayık, Murat Karayılan, İlhami Balı və Duran Kalkan qırmızı siyahıda yer alıblar.

Baxış sayı: 298