Elm-təhsil
28.10.2015 / 16:12

Aqrar universitetinin tələbələri tibb universitetində

 Aqrar universitetinin tələbələri  tibb universitetində

Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsinin Əczaçılıq ixtisası üzrə 4-cü kurs tələbələri Azərbaycan Dövlət Tibb Universitetinin Əczaçılık kafedrasında mühazirə və laboratoriya məşğələlərində iştirak edir.
ADAU-nun mətbuat xidmətindən bildirilib ki, imzalanan əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilən məşğələlər 5 gün davam edəcək. Əsas məqsəd Tibb Universitetinin maddi-texniki bazası, tədris prosesi ilə yaxından tanış olmaq, aparıcı müəllimlərin mühazirə və praktik dərslərində iştirak etmək və ixtisasları üzrə biliklərinin artırılmasıdır. Bu məqsədlə Aqrar Universitetin 25 tələbəsi və iki nəfər müəllimi artıq 3 gündür məşğələlərdə iştirak edir.
Tətbiq olunan bu təcrübə həm də hər iki universitet arasında əməkdaşlığın səmərəsindən, əlaqələrin daha da inkişaf etməsindən xəbər verir.

İnform.az

Baxış sayı: 270