Sosial
28.10.2015 / 12:30

Ölkə zəhmətkeşlərinə təbrik məktubu

Ölkə zəhmətkeşlərinə təbrik məktubu
Dövlət Fitosanitar Nəzarəti Xidməti "1 noyabr - Kənd Təsərrüfatı işçilərinin peşə bayramı" münasibəti ilə ölkə zəhmətkeşlərini təbrik edib.

İnform.az xəbər verir ki, təbrikdə, 2015-ci ildə Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm dəyişikliklərin baş verdiyi, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin möhkəmlənməsinə, tərəqqiyə və hərtərəfli inkişafa yönəlmiş kursunun Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdrildiyi qeyd edilib.

Təbrikdə deyilir: "Ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarlar qəbul olunub və Azərbaycanın aqrar inkişaf modelində yeni mərhələnin başlanğıcı qoyulub.

Prezident İlham Əliyevin “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında” imzaladığı Sərəncamı dövlətimizin aqrar sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. Azərbaycanda həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb, aqrar sektorda əsaslı dəyişikliklər baş verin, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb və normativ hüquqi baza təkmilləşdirilib. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir.

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji və institusional dəyişikliklərin müəyyən edilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilib. Görülən işlər qarşımızda duran öhdəliklərimizi layiqincə yerinə yetrimək üçün daha böyük məsuliyyət yaradır.

Əziz kənd zəhmətkeşləri!

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin çoxsaylı kollektivi adından Sizi “Kənd təsərrüfatı işçilərinin peşə bayramı” münasibəti ilə təbrik edir, Azərbaycanın aqrar sektorunun davamlı inkişafı naminə hər birinizə uzun ömür, cansağlığı, tükənməz enerji, bol sevinc, firavanlıq və ruzi-bərəkət arzulayırıq.

Baxış sayı: 372