Sosial
06.07.2015 / 13:15

6 mindən çox vergi pozuntusu

6 mindən çox vergi pozuntusu

İnform.az APA-ya istinadən xəbər verir ki, bu il Azərbaycanda 6 mindən çox vergi ödəyicisi qanunvericiliyi pozub.

Vergilər Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin iyun ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 6 119 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.

Baxış sayı: 416