Gündəm, İqtisadiyyat
27.10.2015 / 20:00

Prezident Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının tərkibini təsdiqləyib

Prezident Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının tərkibini təsdiqləyib Azərbaycan prezidenti İlham Əliyev iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının Azərbaycan tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Komissiyasın Azərbaycan tərəfindən aşağıdakı tərkibi təsdiq edilib:

Komissiyanın həmsədri

Natiq Əliyev – energetika naziri.

Komissiyanın üzvləri:

Vaqif Əliyev – mədəniyyət və turizm nazirinin birinci müavini
Xələf Xələfov – xarici işlər nazirinin müavini
Sahil Babayev – iqtisadiyyat və sənaye nazirinin müavini
Toğrul Musayev – ədliyyə nazirinin müavini
Elmir Vəlizadə – rabitə və yüksək texnologiyalar nazirinin müavini
Musa Pənahov – nəqliyyat nazirinin müavini
İlham Quliyev – kənd təsərrüfatı nazirinin müavini
Firdovsi Əliyev – ekologiya və təbii sərvətlər nazirinin müavini
İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Anar İmanov – Azərbaycanın Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

Azərbaycan Xarici İşlər Nazirliyinə isə Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının Azərbaycan tərəfindən tərkibi barədə Vyetnam tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

İnform.az

Baxış sayı: 353