Sosial
27.10.2015 / 17:02

Daha 4 kəndə ilk dəfə qaz verilib

Daha 4 kəndə ilk dəfə qaz verilibBu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Şamaxı, Şabran və Goranboy rayonlarının 4 kəndinə ilk dəfə təbii qaz verib.
Ümumilikdə 561 abonent təbii qazla təmin olunub.
Qaz verilişi münasibətilə Şamaxı rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 96 abonenti olan Şirvan kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 3 930 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

İnform.az

Baxış sayı: 165