Maqazin
06.07.2015 / 12:23

Ancelina II Yekaterina olacaq

Ancelina II Yekaterina olacaq

Ancelina Coli rus çariçası İkinci Yekaterina haqqında filmdə çəkiləcək. Aktrisa britaniyalı tarixçi Saymon Sebaq Montefiorenin bestsellerini ekranlaşdırmağa icazə alıb. Kitab İkinci Yekaterina ilə Qriqori Potyomkinin sevgisi haqqındadır.

"Mən çox sevinirəm ki, Ancelina məhz mənim əsərimi seçib. Çünki bu, mənim ilk kitabım olub və mən onu çox sevirəm. Yekaterina - unikal qadın obrazıdır. Mən hiss edirəm ki, bu əsəri etibarlı əllərə təhvil verirəm", - deyə Sebaq Montefiore bildirib.

Ancelina Coli baş rolu oynamaqla yanaşı, filmin rejissoru və prodüseri də olacaq.

Aysel Talıbqızı / İnform.az

Baxış sayı: 480