Gündəm, Siyasət
27.10.2015 / 11:42

"Avropa Məhkəməsinin qərarlarını icra edirik və bu, ölkənin siyasi mövqeyidir".

"Avropa Məhkəməsinin qərarlarını icra edirik və bu, ölkənin siyasi mövqeyidir".Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarını tam şəkildə icra edir". İnform.az xəbər verir ki, bu barədə Azərbaycanın Avropa İnsan Hüqüqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov deyib.

O, Avropa Şurası Nazirlər Komitəsi tərəfindən “Azərbaycanın bəzi məhkəmə qərarlarını tam şəkildə yerinə yetirməməsi” barədə səsləndirilən fikrinə münasibət bildirərkən qeyd edib ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra olunması sahəsində heç bir problem yoxdur və bununla bağlı ölkənin siyasi iradəsi var:
"Avropa Məhkəməsinin qərarlarını icra edirik və bu, ölkənin siyasi mövqeyidir".

Çingiz Əsgərov həmçinin Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycanla bağlı qətnamələrinin hüqüqdan uzaq mövqe olduğunu da qeyd edib.

O həmçinin bu yaxınlarda, Avropa Məhkəməsinin sədrinə ünvanladığı məktubda Azərbaycanın mövqeyinin çatdırıldığını vurğulayıb.

"Sırf Avropa Məhkəməsində şikayətlərə baxılması, Avropa Məhkəməsi tərəfindən müəyyən ərizələrə prioritet verilməsi ilə bağlı bizim iradlar var və bu iradlar onlara bildirilib.
Hesab edirəm ki, bizim mövqeyimiz düzgündür."-deyə, Çingiz Əsgərov söyləyib.

Baxış sayı: 366