Sosial
27.10.2015 / 11:23

Zakir Qaralov vətəndaşları qəbul edəcək

Zakir Qaralov vətəndaşları qəbul edəcəkAzərbaycanın baş prokuroru Zakir Qaralov Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, görüş noyabrın 13-də saat 11:00-da Hacıqabul rayon prokurorluğunun inzibati binasında baş tutacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Hacıqabul şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, onların rahatlığı üçün qəbula Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də yazıla bilərlər.

İnform.az

Baxış sayı: 436