Gündəm
27.10.2015 / 11:12

Güclü yağış yağacaq

Güclü yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, axşama doğru yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 27-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-13, gündüz 13-17, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.

İnform.az

Baxış sayı: 449