Dünya
27.10.2015 / 11:02

Əfqanıstanda baş verən zəlzələdə ölənlərin sayı 350-yə çatıb

Əfqanıstanda baş verən zəlzələdə ölənlərin sayı 350-yə çatıb
Xəbər verdiyimiz kimi, Əfqanıstan-Pakistan sərhəddində güclü zəlzələ baş verib. 7,7 bal gücündə olan zəlzələ nəticəsində ölənlərin sayı durmadan artır. İnform.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ölənlərin sayı artıq 360 nəfərə çatıb. Hadisə nəticəsində Pakistanda 275, Əfqanıstanda isə 70 nəfər ölüb. Daha 2 min pakistanlının xəsarət aldığı bildirilir. Təbii fəlakətlə əlaqədar Pakistanın baş naziri Navaz Şərif Böyük Britaniya səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb.
Zəlzələ Pakistan, Hindistan, Qırğızıstan, Tacikistan, Azərbaycan və Qazaxıstanda da hiss olunub.

Hindistanda zəlzələ nəticəsində 4 nəfər həyatını itirib.




Baxış sayı: 306