Dünya
27.10.2015 / 06:39

İtən ispan hərbçilərindən xəbər yoxdur

İtən ispan hərbçilərindən xəbər yoxdur İnform.az "AZƏRTAC"-a istinadən bildirir ki, İspaniya ordusuna məxsus vertolyotun Atlantik okeanı üzərində qəzaya uğramasından dörd gün keçib. Buna baxmayaraq, qəza zamanı vertolyotda olmuş üç hərbçi hələ də tapılmayıb.

Mavritaniya ərazisindən havaya qalxaraq Kanar adalarına enməli olan Super Puma vertolyotunun qalıqları okeanda aşkarlansa da, heyət haqqında hələ də bir məlumat yoxdur. Hərbçilərdən birinin atası İspaniyanın müdafiə naziri Pedro Morenosla görüşdən sonra mətbuata bildirib ki, övladının itkin düşdüyünü deyil, oğurlandığını düşünür. Bu açıqlama insanlarda çaşqınlıq yaradıb.

İspaniya Müdafiə Nazirliyi Atlantik okeanında axtarışları davam etdirir.

Baxış sayı: 313