Dünya
27.10.2015 / 00:20

İŞİD məsuliyyəti öz üzərinə götürüb

İŞİD məsuliyyəti öz üzərinə götürüb İŞİD terror qruplaşması Səudiyyə Ərəbistanında törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

İnform.az "APA"-ya istinadən verdiyi məlumata görə, Nəcran şəhərində terrorçu-kamikadzenin məsciddə özünü partlatması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bundan əvvəl partlayış nəticəsində 2 nəfərin öldüyü bildirilirdi. Xəsarət alanların dəqiq sayı barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, Nəcran şəhəri Səudiyyə Ərəbistanının cənub-qərbində, Yəmənlə sərhəddə yerləşir.

Baxış sayı: 141