Dünya
26.10.2015 / 20:47

İslam Kərimov: "İnsanlıq tarixində son savaş olacaq”

İslam Kərimov: "İnsanlıq tarixində son savaş olacaq” BMT-də mütləq reformasiyalar aparmaq lazımdır.

İnform.az Axar.az-a istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidenti İslam Kərimov Özbəkistan-Yaponiya forumunda çıxış edərkən söyləyib. Onun sözlərinə görə, bu beynəlxalq təşkilatın prinsipləri və prosesə yanaşmaları artıq köhnəlib:

“Birbaşa demək lazımdır ki, zaman çox irəliləyib, amma Təhlükəsizlik Şurasının strukturu əvvəlki kimi yerində qalıb. İndiki zamanda BMT-nin imkanları ilə dünyanı idarə etmək mümkün deyil. Artıq dünyada vəziyyət çətinləşir. Əsas böyük güclər arasında münasibətlər pisləşib. BMT-də reformlar mütləqdir. Bu gün çox insanlar rahat şəkildə Üçüncü Dünya müharibəsinin başlanmasıdan danışırlar. Biz hər şeyi unutmuşuq, yoxsa başqa bir dünyada yaşayırıq?

Müharibənin 70 illiyini qeyd eləyib sonradan rahat şəkildə böyük güclərin toqquşmasının Üçüncü Dünya savaşına səbəb olacağını söyləyirik. Əgər Üçüncü Dünya müharibəsi olsa, bu, insanlıq tarixində son savaş olacaq”.

Baxış sayı: 305