Şərhlər
26.10.2015 / 16:24

Bundan daha əvvəl...

Bundan daha əvvəl... (Müdriklər və korifeylər silsiləsindən)
Əlisa NİCAT / İnform.az

(əvvəli burada)
- Mütləq belədir.
- Çox gözəl, amma söhbət tam bərabər olan şeylərdən və öz-özlüyündə bərabərkimilərdən gedəndə məgər bizə eyni təəssürat qalmırmı?
- Tamamilə eyni.
- Onda deməli, biz mütləq öz-özlüyündə bərabərliyi, bərabər olan predmetləri görməmişdən bilməliyik və anlamalıyıq ki, bütün eyni şeylər öz-özlüyü ilə eyni olan şeylər kimi olmağa can atır, lakin buna nail ola bilmirlər?
- Hə, elədir.
- Amma, biz əlbəttə onunla da razılaşmalıyıq ki, bizdə belə bir fikir görmə, hiss etmə və digər vasitələrlə də oyanır və oyana bilər. Mənim dediklərim eyni dərəcədə bütün hisslərə aiddir.
- Hə, əlbəttə, bütün hisslərə eyni dərəcədə aiddir, Sokrat. Hər halda o vaxta qədər ki, nə qədər ki, biz hələ düşüncələrimizin məqsədini əldən buraxmırıq.
- Deməli, məhz hisslərimiz bizi belə bir fikrə gətirir ki, hiss vasitəsilə bütün qəbul edilənlər əsl bərabərliyə can atır, amma məqsədlərinə nail ola bilmirlər. Belə deməliyik, ya başqa cür?
- Bəli, belə deməliyik.
- Lakin bundan belə bir nəticə çıxır ki, görməmişdən, eşitməmişdən və ümumiyyətlə hiss etmədən əvvəl biz hansı şəkildəsə öz-özlüyündə bərabərlik barədə bilməliydik, - bu nə deməkdir, bir halda ki, biz onlarla hisslər vasitəsilə əlaqə yaratmalı idik. Biz isə o anı ki, - hansı ki dünyaya gəlməmişik, görür, eşidir və ümumiyyətlə hiss edirikmi?
- Əlbəttə hiss edirik.
- Lakin bərabərlik, eynilik haqqında biliyə bundan daha əvvəl malik idik, - beləmi deyək?
- Hə.
- Deməli belə çıxır ki, biz onu hələ doğulmamışdan əvvəl bilirdik?
- Belə çıxır.
- Onda əgər biz o biliyə doğulmamışdan əvvəl malik idik və onunla bərabər dünyaya gəlmişik və doğulan kimi nəinki bərabərliyi və ya əyaniliyi, böyük və kiçikliyi, həm də bu növ başqa sözləri də bilmişik? (Platonun buradakı dəlili, yəni eynilik məsələsinin biz dünyaya gəlməzdən əvvəl bildiyimiz bizi, şəxsən məni inandıra bilmir, ya bəlkə mənim idrakım məsələni dərk etmək üçün kifayət etmir, - ikisindən biridir. Platon yəqin demək istəyir ki, məsələn böyük şeylə böyüklük anlayışının və ya gözəlin gözəlliklə eyniliyini, onları - yəni böyük şeyi və ya gözəli görməmişdən bilirik. Ola bilsin ki, bu düz fikirdir, amma axı, böyüklük və gözəllik xəyali şeylərdir. Platon əvvəlcədən onların reallığını qəbul edib sonra təhlilə keçir, bu isə məncə doğru deyil. Ə.N.) Axı bizim dəlillərimiz yalnız bir bərabərliyə şamil deyil, eləcə özü-özlüyündə gözələ, özü-özlüyündə xeyirxahlığa, ədalətə, müqəddəsə, bir sözlə, indicə dediyim kimi öz söhbətlərimizdə öz-özlüyündə varlığı möhürlə nişanlayırıq. Belə ki, bütün bunları biz hələ doğulmamışdan bilməli idik? (Dioloqun ən anlaşılmaz və qəliz yeridir. "öz-özlüyündə varlıq" nə deməkdir? Ə.N.)
- Bəli, elədir.

Baxış sayı: 492