İqtisadiyyat
26.10.2015 / 13:31

Yeni Tbilisi-Bakı sürət qatarına bilet satışı başlayıb

Yeni Tbilisi-Bakı sürət qatarına bilet satışı başlayıb"Azərbaycan Dəmir Yolları" QSC sərnişin qatarlarında xidmət səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir sıra layihələr həyata keçirir.
QSCdan daxil olan xəbərə görə, Gürcüstandan Azərbaycana gələn 37 №-li Tbilisi-Bakı sürət qatarına dəmir yolu biletləri əldə etmək istəyən sərnişinlər artıq Bakı sərnişin vağzalındakı 2 №-li bilet kassasına müraciət edə bilərlər.
Sərnişinlər bu günə kimi Bakı-Tbilisi-Bakı sürət qatarına ancaq bir istiqamətə - yalnız Bakıdan bilet ala bilirdilərsə, hazırda bilet satışı hər iki istiqamətə aparılır.
Xatırladırıq ki, 2013-cü ilin avqust ayının 6-dan etibarən 2 №-li bilet kassasında Rusiya və Ukrayna dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və geriyə Azərbaycana bilet satışı uğurla aparılır.

İnform.az

Baxış sayı: 420