Sosial
26.10.2015 / 13:06

​Dənizkənarı Milli Parkda karusellərdə dəyişiklik ediləcək

​Dənizkənarı Milli Parkda karusellərdə dəyişiklik ediləcək
Dənizkənarı Milli Parkın ərazisində soyuq aylarda az istifadə olunan bəzi attraksionlar təmirə dayandırılacaq.

İnform.az "Report"a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

O bildirib ki, bulvar ərazisindəki "Ətrafa baxış" karuseli təmirə dayandırılacaq:

"Qış mövsümünə keçidlə əlaqədar olaraq ağacların budanması, müxtəlif formalara salınması, soyuğa davamlı olmayan ağacların bağlanması, qar təmizləyən avadanlıqların işlək vəziyyətə gətirilməsi istiqamətində işlər aparılır. Qış aylarında az istifadə olunan bəzi attraksionlar təmirə dayandırılacaq".

Baxış sayı: 435