Hadisə
26.10.2015 / 10:42

Xabarovskda şübhəli bilinən azərbaycanlı saxlanılıb

Xabarovskda  şübhəli bilinən azərbaycanlı saxlanılıb Xabarovskda saxta alkoqol bazarının iştirakçısı saxlanılıb. İnform.az "Report"a istinadən xəbər verir ki, federal axtarışda olan həmin şəxs azərbaycanlıdır.
Adı açıqlanmayan 49 yaşlı Azərbaycan vətəndaşı Rusiya Cinayət Məcəlləsinin 171.1 maddəsinə əsasən bir qrup şəxslə əlbir olub cinayət törətməkdə ittiham olunur. O, müvəqqəti xarakterli təcridxanada saxlanılır.

Baxış sayı: 171