Dünya
25.10.2015 / 03:49

Məktəbə hücuma hazırlaşanlar həbs edilib

Məktəbə hücuma hazırlaşanlar həbs edilib İnform.az "TASS"-a istinadən bildirir ki, ABŞ-ın Virciniya ştatında məktəbə silahlı hücum hazırlamaqda şübhəli bilinən iki yeniyetmə həbs edilib.

Verilən xəbərə görə, bu barədə yerli polis idarəsinin şerifi bildirib.

““Riverbend” məktəbində qətl hazırlamaqda şübhəli bilinən məktəbin iki şagirdi həbs edilib”, deyə onun açıqlamasında bildirilir.

Məktəblilərə qarşı artıq ittiham irəli sürülüb, onlar yeniyetmələr üçün nəzərdə tutulmuş istintaq təcridxanasına yerləşdiriliblər. İstintaqın məlumatına görə, şagirdlər məktəbə silahlı hücum etməyi planlaşdırıblar və niyyətlərini sosial şəbəkələrin birində müzakirə ediblər.

Baxış sayı: 328