Dünya
25.10.2015 / 00:22

Türkiyədə antiterror əməliyyatı

Türkiyədə antiterror əməliyyatı PKK-nın Türkiyənin İğdır və Şırnak bölgəsindəki sığınacaqlarında əməliyyat həyata keçirilib.

İnform.az "Axar.az"-a istinadən xəbər verir ki, İğdırda əməliyyat zamanı PKK terror qruplaşmasının sığınacaq və bazalarından partlayıcı maddələr ələ keçirilib. Həmçinin sığınacaqda 500 litr benzin və partlayıcı maddələr hazırlamaq üçün lazım olan məmulatlar aşkar edilib.

Polisin Şırnak-Uludərə yolunda keçirdiyi əməliyyat zamanı isə adı gizli saxlanılan terrorçunun maşınından 7 ədəd Kalaşnikov avtomatı tapılıb.

Baxış sayı: 326