Maqazin
24.10.2015 / 23:09

Aktrisa Morin O'Xara vəfat edib

Aktrisa Morin O'Xara vəfat edib ABŞ-da məşhur irlandiyalı aktrisa Morin O'Xara 95 yaşında vəfat edib.

İnform.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Aktrisanın menecerinin sözlərinə görə, o, Aydaho ştatındakı evində keçinib.

O'Xaraya “Notr-Damlı qozbel” (1939) və “Mənim vadim necə də yaşıl idi” (1941) filmləri məşhurluq gətirib. Aktrisa ümumilikdə karyerası ərzində 60-dan çox bədii filmdə rol alıb. Bundan əlavə O'Xara 2014-cü ildə kinematoqrafiya sahəsində göstərdiyi xidmətlərə görə "Oskar" mükafatına layiq görülüb.

Baxış sayı: 333