Dünya
24.10.2015 / 17:10

Saakaşvili Gürcüstan hakimiyyətini istefaya çağırıb

Saakaşvili Gürcüstan hakimiyyətini istefaya çağırıb
"İmedi" televiziya kanalının bağlanması ilə bağlı hadisədə istefa verdiyim kimi Gürcüstanın indiki hakimiyyəti də oxşar addım atmalıdır".

İnform.az "Report"a istinadən xəbər verir ki, bunu ölkənin keçmiş prezdenti, Ukraynanın Odessa vilayətinin başçısı Mixeil Saakşvili "Rustavi-2" telekanalı ətrafında baş verən hadisə ilə bağlı bəyanatında bildirib.
"Gürcüstan üçün ağır günlərdir. Bizi yenidən bataqlığıa sürükləmək istəyirlər. Heç bir şər qüvvə millətimizin azad sözə olan sevgisini öldürməyə cəhd edə bilməz. Biz bütün maneələri aşacağıq. "Rustavi-2" və Gürcüstan azad olacaq. Biz unutmamalıyıq ki, yalana sığınan şər qüvvələr zəifdir. Ona görə də onlardan qorxmaq lazım deyil. Sizi qorxutmaq üçün onların əlində heç nə yoxdur. Mən Gürcüstan cəmiyyətinin müdrikliyinə, o cümlədən gənclərimizin vətənsevərliyinə və azadlığa sevgisinə inanıram. Söz azadlığına məhdudiyyət qoymaq cəhdi məğlubiyyətə məhkumdur", - deyə keçmiş prezident vurğulayıb.
O, "Rustavi-2" telekanalına toxunmamağı məsləhət görüb: "Bu telekanal söz azadlığının simvoludur. Əlbəttə, biz yaxşı gələcəyə sahib olmaq istəyirik. Bu gələcəyi heç bir daxili və xarici qüvvə bizdən ala bilməz. Əminəm ki, Gürcüstan və söz azadlığı qalib gələcək".
Qeyd edək ki, son günlər "Rustavi-2" telekanalının bağlanması ilə bağlı məhkəmə prosesi gedir. Ölkə ictimaiyyəti onun qapadılmasına etiraz olaraq aksiya keçirir.

Baxış sayı: 347