Maraqlı
24.10.2015 / 13:18

Bill Qeyts artıq dünyanın ən zəngin adamı deyil

Bill Qeyts artıq dünyanın ən zəngin adamı deyilABŞ-ın nüfuzlu "Forbes" jurnalı oktyabrın 23-dən etibarən dünyanın ən zəngin adamının artıq Bill Qeyts olmadığını yazıb. Dünyanın ən zəngin insanı ispan əsilli biznesmen Amansio Orteqa olub.

O, Avropanın ən böyük geyim şirkətlərindən olan "İndiotex"in yaradıcısı və "Zara" dükanlar şəbəkəsinin sahibidir.

"Forbes" jurnalı ümumdünya milyarderlər reytinqində real zamanda zənginlərin səhmlərinin dəyərini müəyyənləşdirməklə siyahını müntəzəm yeniləyir.

Amansio Orteqanın ən zəngin adama çevrilməsi oktyabrın 23-də ona məxsus səhmlərin qiymətli kağızlar bazarında 3,9 milyard (5,2%) bahalaşaraq 79,7 milyard dollara çatması ilə bağlıdır.

Həmin gün üçün "Microsoft"un yaradıcısı Bill Qeytsin səhmləri 572 milyon dollar (0,7%) bahalaşaraq 78,1 milyard dollara çatıb.

Güman olunur ki, jurnalın hər ilin sonunda zənginlərin sərvəti ilə bağlı hazırladığı yekun reytinq siyahısında Bill Qeyts uzun illərdən sonra 2-ci sırada gələcək.

İnform.az

Baxış sayı: 492