Mədəniyyət
24.10.2015 / 10:45

“Leyli və Məcnun”

“Leyli və Məcnun”Oktyabrın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" operasının növbəti tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, "Leyli və Məcnun" 1908-ci ildən bəri fasiləsiz olaraq Opera və Balet Teatrının repertuarındadır.

Bu illər ərzində milli opera sənətimizin ilk nümunəsi olan "Leyli və Məcnun" operasının tamaşasında muğam sənətimizin bir çox görkəmli nümayəndələri çıxış ediblər. Bu gün opera səhnəmizdə Leyli və Məcnun rollarında teatrın aparıcı solistləri - xalq artistləri Nəzakət Teymurova, Aygün Bayramova, Gülyaz və Gülyanaq Məmmədovalar, Mənsum İbrahimov, əməkdar artistlər Səbuhi İbayev, Gülüstan Əliyeva ilə yanaşı gənc muğam ustaları da uğurla çıxış edirlər. Bazar günü baş tutacaq tamaşada Leyli rolunda istedadlı muğam ifaçısı Arzu Əliyeva, Məcnun rolunda isə Əməkdar artist İlkin Əhmədov çıxış edəcəklər.

Tamaşanın dirijoru Əməkdar İncəsənət xadimi Sevil Hacıyevadır.

İnform.az

Baxış sayı: 478