Hadisə
24.10.2015 / 06:25

Kanadada helikopter qəzaya uğrayıb

Kanadada helikopter qəzaya uğrayıb Kanadanın Saskaçevan əyalətində helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

İnform.az "APA"-ya istinadən bildirir ki, qəza Peynton şəhəri yaxınlığında baş verib.

İlkin ehtimala əsasən, helikopter elektrik xətlərinə ilişərək yerə düşüb. Hadisə nəticəsində adları açıqlanmayan 55 yaşlı pilot və 35 yaşlı sərnişin ölüb.

Faktla bağlı Kanadanın nəqliyyatda təhlükəsizlik Komitəsi araşdırmalara başlayıb.

Qeyd edək ki, Peynton şəhəri Saskaçevan əyalətinin paytaxtı Recaynadan 450 km şimal-qərbdə yerləşir.

Baxış sayı: 441