Dünya
24.10.2015 / 00:47

"Bəşər Əsəd hakimiyyətdən getməlidir"

"Bəşər Əsəd hakimiyyətdən getməlidir" ABŞ Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi tələbində israrlıdır.

Bunu Ağ Ev rəsmisi Erik Şults jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırki Suriya hakimiyyətinin dəstəklənməsi heç bir nəticə verməyəcək.

"Əsəd hakimiyyətdən mütləq getməlidir. Bu mövqeyimiz dəyişməz olaraq qalır", - deyən E.Şults, Suriya prezindentinin Moskvaya səfərini də "səhv addım" adlandırıb.

İnform.az

Baxış sayı: 300