İdman
15.06.2015 / 20:42

Avropa Oyunlarında 7-ci qızıl medal

Avropa Oyunlarında 7-ci qızıl medal

Bu gün "Bakı-2015" Birinci Avropa Oyunlarında güləşçimiz Mariya Stadnik qızıl medal qazanıb.

İnform.az-ın məlumatına görə, Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarında Azərbaycanı 48 kq çəki dərəcəsində təmsil edən Mariya Stadnik bu gün final mərhələsində bolqarıstanlı idmançı Elitsa Yankova ilə qarşılaşıb.

Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, dünya və dördqat Avropa çempionu M.Stadnik bu dəfə də üstün güləş nümayiş etdirərək bolqar rəqibini məğlub edə bilib.

E.Yankovaya elə 4-cü dəqiqədə vaxtından əvvəl - 12:1 hesabı ilə təmiz qalib gələn güləşçimiz Avropa Oyunlarının çempionu adını qazanıb.

Baxış sayı: 1079