Din
23.10.2015 / 20:17

Allahşükür Paşazadə “Din və Sülh” III Moskva Beynəlxalq Forumunda iştirak edəcək

Allahşükür Paşazadə “Din və Sülh” III Moskva Beynəlxalq Forumunda iştirak edəcək Rusiya paytaxtında “Din və Sülh” III Moskva Beynəlxalq Forumu keçiriləcək.

Oktyabrın 29-da keçiriləcək forumun təşkilatçısı Moskva meriyasının milli siyasət, dinlərarası əlaqələr və turizm Departamentidir.

Forumda xristianlıq, islam, budizm və iudaizm dinlərinin nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri Allahşükür Paşazadə, Rusiyanın baş müftisi, Rusiya Müsəlmanlarının Mərkəzi Dini İdarəsinin sədri Talqat Tacuddin və digər dini liderlər iştirak edəcəklər.

Forumun əsas müzakirə mövzusu Yaxın Şərqdəki vəziyyət, bu regionda dinlərarası sülhün əldə olunması yolları, dini xeyriyyə təşkilatlarının fəaliyyəti və dini-mənəvi dəyərlərin qorunub saxlanılması olacaq.

Qeyd edək ki, “Din və Sülh” II Moskva Beynəlxalq Forumu keçən ilin oktyabrında Moskvada keçirilib.

İnform.az

Baxış sayı: 364