İqtisadiyyat
23.10.2015 / 15:28

Vergilər naziri vətəndaşları qəbul edib

Vergilər naziri vətəndaşları qəbul edibOktyabr ayının 23-də vergilər naziri Fazil Məmmədov tərəfindən Beyləqan şəhərində Beyləqan, Ağcabədi, İmişli, Füzuli və Laçın rayonlarından olan vətəndaşlar üçün keçirilib. Bu barədə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.
Məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.
"Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib", - məlumatda bildirilib.

İnform.az

Baxış sayı: 279