Dünya
23.10.2015 / 14:36

Səudiyyə Əsədlə bağlı son sözünü söylədi

Səudiyyə Əsədlə bağlı son sözünü söylədiSəudiyyə Ərəbistanı Suriya lideri Bəşər Əsədin gələcəyi barədə mövqeyini növbəti dəfə açıqlayıb.

Belə ki, Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil Əl-Cubeyr Əsədin Suriyanın gələcəyində oynaya biləcəyi yeganə rolun ölkəni tərk etmək olduğunu deyib.

Rusiya, ABŞ və Türkiyə xarici işlər nazirləri ilə sabah Vyanada keçiriləcək görüş öncəsi jurnalistlərə danışan səudiyyəli nazir Rusiyanın Suriyadakı əməliyyatlarını da “çox təhlükəli” adlandırıb.

“Rusiyanın müdaxiləsi çox təhlükəlidir, çünki qarşıdurmanı gücləndirir. Düşüncələrimizi Rusiyaya da çatdırmışıq”, - nazir söyləyib.

İnform.az

Baxış sayı: 359